AZ

Türkiyədə dəri fabrikində yanğın baş verdi

Türkiyədə süni dəri fabrikində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.
 
Bir işçi tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
 
Ətrafdakıların xəbəri üzərinə polis, sağlamlıq və xilasetmə qrupları ünvana sövq edilib. Obyekti əhatə edən tüstü səbəbindən işçilər təxliyə edilib. Yanğınsöndürmə qruplarının müdaxiləsi ilə yanğın böyümədən söndürülüb.
 
Yanğının səbəbləri araşdırılır.
 
 
 

Seçilən
21
7news.az

1Mənbələr