AZ

Paşinyan üçün problem Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir- ÖZƏL

"Daşnaksütyun" partiyasının İrəvanda keçirilmiş 35-ci yığıncağında Paşinyan hakimiyyətini devirməyə yönəlmiş çağırışlar səsləndirilib. Bu, nə dərəcədə real görünür? Politoloq Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, "Daşnaksütyun" partiyasının özəyini revanşist qüvvələr təşkil edir: "Bunlar uzun müdətdir ki, Rusiya və erməni lobbisi ilə sıx əlaqədədirlər. Onlar həmişə Ermənistanda aktivləşməyə maneə olaraq Nikol Paşinyanın hakimiyyətinə qarşı mübarizə aparıblar. Onlar yenə də "Qarabağ kartı"ndan, Qarabağdan könüllü köçən ermənilərin geri qayıtmaq məsələsindən istifadə edərək  xaricdəki Paşinyandan narazı olan lobbi qrupları ilə sıx əməkdaşlıq edirlər. Beləliklə seçki qabağı aktivləərək toplantılar keçirirlər. Amma, istənilən halda düşümnürəm ki, müxalifət tam olaraq bir araya gəlib Paşinyana qarşı bir cəbhədə formalaşsın. Əlbəttdə, proseslər Rusiya-Ukrayna müharibəsinin gedişindən də asılıdır. Çünki Rusiyanın qalib gəlməsi Ermənistana da ciddi mənfi təsir göstərə bilər. Amma, hazırki stuasiyada daşnakların hakimiyyətə yönəlik çağırışları, hakimiyyəti devirmək planlarının reallaşması mümkün deyil. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti xalq tərəfindən dəstəklənir, Rusiya ilə iqtisadi əlaqələri də müəyyən tempdədir. Nikol Paşinyan üçün problem Azərbaycan və Türliyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir. Belə ki, əlavə şərtlərdən geri çəkilərək Azərbaycanla sülh müqaviləsi imzalasa, Türkiyə ilə normallaşmaya getsə, bu, Paşinyan hakiniyyətini daha da gücləndirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr