AZ

"Məşuqə obrazını oynamaram" - Aktrisadan OLAY AÇIQLAMA

"Mən hər obraz təklifini qəbul edən aktrisalardan deyiləm". 

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib. 

O iddialı sözlərinə belə davam edib:

"Bəzi aktrisalar var ki, istənilən rolu oynayırlar. Onlar, heç nəyə etiraz etmədən təklif olunan bütün obrazları qəbul edirlər. Yəni bu sırf filmə, seriala çəkilmək və ya pul qazanmaq xatirinə atılan addımdır. 

Düşünürəm ki, belə düşüncə peşəkarlıqdan uzaqdır. Çünki hər bir aktrisa özünə və xarakterinə uyğun obraz təkliflərini qəbul etməlidir. Daha doğrusu, həqiqətən canlandıra və yaşaya biləcəyi xarakterləri seçmək lazımdır".

Aktrisa hər obraz təklifini qəbul etmədiyini etiraf edib:

"Mənə çox sayda obraz təklifi gəlir, amma hamısını qəbul etmirəm. Çünki müəyyən kriteryalarım var. Fikrimcə, hər kəsin özünün məhdudiyyətləri olmalıdır. Məsələn, mən kiminsə həyat yoldaşı və ya sevdiyi insan obrazını oynayaram. Lakin kiminsə gəzdiyi məşuqə kimi obrazları oynamağı qəbul etmərəm. Həmçinin, açıq-saçıq və ya yüngül obrazları da heç vaxt oynamaram". 

Leyla Babayeva fikirlərini belə əsaslandırıb:

"Kim hansı rolu istəsə, oynaya bilər. Bu, şəxsə görə dəyişir. Mən hər kəsin düşüncəsinə də hörmətlə yanaşıram. Mən qəbul etmədiyim obrazları oynayanlara da pis baxmıram. Lakin buna baxmayaraq, mən gələcək övladlarımın anasının belə səhnələrdə çəkildiyini görmək istəmərəm. Ona görə də açıq-saçıq səhnələr olan film və ya serial təkliflərini rədd edirəm".

Pərviz Şimşək

Seçilən
14
hit.az

1Mənbələr