AZ

Gədəbəy rayonunda 2024-cü ildə pərakəndə ticarət və ictimai iaşə dövriyyələri » AzadMedia.az



​2024-cü ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 265935,3 min manatlıq məhsul satılmış, 139877,5 min manatını (52,6 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 126057,8 min manatını (47,4 faiz) qeyri- ərzaq malları təşkil etmişdir.
2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,1 faiz azalmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,9 faiz azalmış, qeyri-ərzaq malları üzrə isə 33,8 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 7,0 faizini hüquqi şəxslər, 33,0 faizini fərdi sahibkarlar tərəfindən, 60,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.
01.01.2025-ci il vəziyyətinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 18743,4 min manat təşkil etmişdir.
Pərakəndə ticarət dövriyyəsinin həcmində dövlət sektoru 7,0 faiz, qeyri-dövlət sektoru 93,0 faiz təşkil etmişdir.

2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 8468,5 min manat olmuşdur.


2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,0 faiz artaraq 48347,1 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 7966,5 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 16,5 faizini təşkil etmişdir.
İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1998,9 min manat, kiçik müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 5967,6 min manat olmuşdur.




Gədəbəy Rayon Statistika İdarəsinin rəisi: İsmayıl Məmmədov
Seçilən
11
1
azadmedia.az

2Mənbələr