F-1.az xəbər verir ki, Eqqinton karyerasını Red Bull Advanced Technologies şirkətində mühəndis departamentinin rəhbəri vəzifəsində davam etdirəcək.
Racing Bulls-da Eqqintonun vəzifələri baş texniki direktor Tim Qoss və onun iki müavini – Giyom Kattelani və Andrea Landi arasında bölüşdürüləcək.
Codi Eqqinton: “Mən on il komandanın bir hissəsi oldum və mənə bir neçə xoş xatirə bəxş edən fantastik təcrübə qazandım. Lakin Formula1-də 20 illik işdən sonra dəyişiklik vaxtının gəldiyini başa düşdüm.
Məni Red Bull Advanced Technologies-də mühəndislik departamentinin rəhbəri kimi böyük məsuliyyət gözləyir. Hazırda şirkət bir neçə maraqlı layihə ilə məşğuldur və mən yeni çağırışın başlanmasını səbirsizliklə gözləyirəm”.
Loran Mekis: “Uzun illər bizim texniki direktorumuz olaraq, Codi innovasiyaların tətbiqində və komandanın inkişafına kömək etməkdə mühüm rol oynadı. Codiyə töhfəsinə görə təşəkkür etmək istəyirəm. Ona Red Bull ailəsi daxilində yeni layihələrində ən yaxşısını arzulayırıq”.