Bakı. Trend
TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamiləvə zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərəəlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanınyaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlımaarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kəndyerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasının tibbpersonalının iştirakı ilə Aşağı Qaramanlı kəndinin, Kürdəmir RayonMərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Pirli kəndinin, YevlaxRayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı iləDuzdağ kəndinin, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ixtisaslıhəkim heyətinin iştirakı ilə Yuxarı Tala kəndinin, Göyçay RayonMərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Məlikkənd kəndinin,Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı iləisə Hacıqəhrəmanlı qəsəbəsinin sakinlərinin tibbi müayinəsi həyatakeçirilib.
"Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri(terapevt, pediatr, ginekoloq, laboratoriya, dəri-zöhrəvi,şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığortaçərçivəsində 280-a yaxın kənd sakininə (uşaqlar və böyüklərolmaqla) 650-dək tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığıtəqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinəyönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizinsəhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərəəlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlıməlumatlar verilib",- deyə məlumatda qeyd edilib.