“İndiki məqamda pensiya yaşına çatmadan pensiya kapitalından istifadə mümkün deyil. Bu, heç əvvəllər də real olan bir məsələ deyildi. İndiki şəraitdə isə ümumiyyətlə sözügedən məsələyə baxılmır”.
Bu fikirləri “KONKRET.az“a açıqlamasında tanınmış iqtisadçı, hüquqşünas Əkrəm Həsənov səsləndirib.
“Xatırladım ki, Dövlət Sosial Müdafiə Fondu hər il dövlət büdcəsindən əlavə vəsait alır. Yəni bizim ödədiyimiz məcburi sosial sığorta haqları pensiyaları vermək üçün kifayət etmir. Odur ki, kimsə pensiyasını vaxtından əvvəl gəlib istəsə, bunu ödəmək üçün vəsait olmayacaq. Kimsə vəfat edəndə onun pensiya kapitalı batır. Əgər pensiya kapitalını pensiya yaşına çatmadan öncə vətəndaşa ödəməkistəsək, bunun üçün əlavə vəsaitə ehtiyac olacaqBu da mümkün deyil, çünki o qədər vəsait yoxdur”.
Ekspertin sözlərinə görə, bəzi vətəndaşların bunu ədalətsizlik kimi qələmə verirlər:
“Aydındır ki, vətəndaş ömür boyu işləyib və pensiya kapitalı formalaşdırıb. Amma bundan istifadə edə bilmir. Amma kiminsə ömrü çox uzun olsa və yığdığı pensiya kapitalı bitsə, o zaman dövlət yenə də həmin şəxslərə təqaüd verir. Məsələnin bu tərəfinə də baxmaq lazımdır. Heç kəs həmin şəxslərə “pensiya kapitalın bitib” demir. Təbii, yaxşı olardı ki, vətəndaş vaxtından əvvəl öz pensiya kapitalından istifadə edə bilsin. Ancaq pul yoxdur. Deməli bu, mümkün olmayacaq və sözügedən məsələ söz-söhbət olaraq qalacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az