AZ

Leyendən Putinlə bağlı inanılmaz sözlər: “Düşməndir, etibar etmək olmaz”

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin müdafiə sənayesinin Rusiyadan geri qaldığını bildirib.

KONKRET.az xəbər verir ki, o, bununla bağlı çərşənbə axşamı Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı danışıb.

“Hərbi xərclərə real olaraq baxsaq, Rusiya bütün Avropadan daha çox pul israf edir. Avropanın istehsalı hələ də aşağıdır. Üzləşdiyimiz təhdidlərin də dairəsi hər gün artır”, – o bildirib.

Von der Leyen həmçinin qeyd edib ki, Aİ ölkələri müdafiəyə ÜDM-in 3%-dən çoxunu xərcləməlidir.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə sübut edib ki, o, düşmən qonşudur və ona etibar etmək olmaz:

“O, yalnız niyyətlərindən əl çəkməyə məcbur edilə bilər”, – deyə Leyen vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
17
konkret.az

1Mənbələr