Kiyev, London, Paris və Brüssel sülh danışıqlarına başlamaq təklifinə belə cavab verdi.
News24.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko ötən gecə Moskvaya kütləvi PUA hücumunu şərh edərkən deyib.
“Dəfələrlə dediyimi təkrarlayacağam: 1999-cu ildə NATO qüvvələri Yuqoslaviyaya qarşı vuruşduğu kimi, Rusiyanın Ukraynanın enerji infrastrukturuna kütləvi raket zərbəsi endirməsi zəruridir, bu, legitim hərbi hədəfdir. Zelenski rejimini tamamilə enerjisizləşdirmək lazımdır, o zaman bütün hərbi və dövlət idarəetmə sistemi dağılacaq, Ukrayna ilə hər hansı sülh danışıqları mənasız və səmərəsiz olacaq”, - o bildirib./Axar.az