AZ

Bu ölkədə 553 məhbus azad edilib

Kubada nəzərdə tutulan 553 məhbusun sərbəst buraxılması prosesi başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Kuba Ali Məhkəməsi hüquq müdafiəçisi Xose Daniel və fəal Feliks Navarro da daxil olmaqla 553 nəfərin azadlığa buraxıldığını elan edib.

Azad edilənlər arasında 11 iyul 2021-ci ildə keçirilən etiraz aksiyalarında iştirak edənlər də var.

Bəzi insan haqları nümayəndələri siyasi motivlərlə saxlanılan 200-dən çox məhbusun azadlığa buraxıldığını təsdiqləyiblər.

Qeyd edək ki, məhkumların azadlığa buraxılması qərarından sonra ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası Kubanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarmışdı, lakin vəzifəyə başlayan Donald Tramp Kubanı yenidən terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında minlərlə kubalı elektrik enerjisinin kəsilməsi və ərzaq çatışmazlığı da daxil olmaqla ağır iqtisadi böhrana etiraz etmək üçün küçələrə çıxmışdı. 

Nümayişçilərin həbsi hökumətinin beynəlxalq tənqidinə səbəb olmuşdu, Kuba rəsmiləri iğtişaşların günahkarı kimi ABŞ sanksiyalarına işarə etmişdi.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr