“Səbail”in futbolçusu İnnosent Nşuti Ruanda millisinə dəvət olunub.
Fanat.Az xəbər verir ki, hücumçu martda beynəlxalq pəncərədəki iki oyun üçün ölkəsinin yığmasına çağırılıb.
Ruanda millisi martın 21-də Nigeriya ilə, 4 gün sonra Lesoto ilə qarşılaşacaq. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək hər iki oyun evdə təşkil olunacaq.