AZ

AP erməni separatçıları ilə bağlı məsələni müzakirə edəcək

Avropa Parlamenti 12 mart tarixində keçiriləcək plenar iclasında Bakıda bir sıra cinayətlərə görə mühakimə olunan erməni separatçıları ilə bağlı məsələni müzakirə edəcək.

News24.az xəbər verir ki, bu müzakirə “insan haqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması halları” ilə bağlı debatlar çərçivəsində baş tutacaq.

13 martda isə eyni məsələ ilə bağlı təcili qətnamə səsverməyə çıxarılacaq.

Hər kəsə məlumdur ki, Avropa Parlamenti siyasi şou meydanına çevrilib. Orada haqdan, ədalətdən danışılsa da, haqqa tərəf qərarlar qəbul edilmir. Bunu 30 illik işğal dövründə də müşahidə etmişik. Ona görə də bu müzakirələrin də nə ilə nəticələnəcəyi indidən bəllidir.../Musavat.com


Seçilən
21
news24.az

1Mənbələr