AZ

Yazda üz dərisinə necə qulluq edək?

“Yazda üz dərisi xüsusilə həssas olur, bu, vitamin və mikroelement çatışmazlığı ilə əlaqədardır. Bundan əlavə, ona xarici amillər - məsələn, quru hava və günəş də təsir edir”. 

Azreform.info xəbər verir ki, bu sözləri rusiyalı həkim Natalya Mıxaylova deyib:

“Tünd dəri fototipləri (III-IV) olan insanlar hiperpiqmentasiyaya xüsusilə meyllidirlər.Açıq dəridə piqment ləkələri daha nəzərəçarpan olsa da, tünd dərili insanlarda ləkələr daha dərindir və korreksiya etmək daha çətindir”.

Həkim hiperpiqmentasiyaya meyilli insanlara ilin istənilən vaxtında SPF 50+ kremindən istifadə etməyi tövsiyə edib, çünki hətta qışda qardan əks olunan ultrabənövşəyi şüalar problemi daha da ağırlaşdıra bilər. Yazda mütəxəssis dərini ağardan komponentlər olan kosmetik vasitələrdən istifadə etməyi məsləhət görüb. Məsələn, retinoik pilinqlər buna yaxşı kömək edir:

“Yazda piqmentasiyanın qarşısını almaq üçün turşu pilinqləri və tərkibində retinol, C vitamini, AHA turşuları, ayıqulağı və tut ekstraktları olan ağardıcı kremlərdən istifadə etmək vacibdir. Antioksidantlarla zəngin losyonlar, toniklər və serumlar yalnız dərini ağartmaqla qalmır, həm də onu sərbəst radikallardan qoruyur”.

Həmidə İbrahimova

Seçilən
7
azreform.info

1Mənbələr