AZ

PKK silahlarını təhvil verəcək – Tərksilah prosesinin detalları açıqlandı

PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğv edilməsi ilə bağlı bəyanatından sonra proses yeni mərhələyə qədəm qoyub. Hətta Türkiyənin təhlükəsizlik mənbələri PKK-nın təhvil verəcəyi silahların toplanacağı məntəqələrin də müəyyən edildiyini bildiriblər.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan PKK-nın tərksilah olması prosesi ilə bağlı təfərrüatları açıqlayıb:

“Təhlükəsizlik mənbələri bildirirlər ki, prosesdən ümidliyik, hətta silahların toplanacağı məntəqələr də müəyyən edilib. PKK qurultay keçirdikdən sonra YPG ilə birlikdə silahları yerə qoymaq barədə qərar veriləcək. Silahlar təyin olunmuş məntəqələrə aparılaraq təhvil veriləcək”.

PKK-nın tərksilah prosesi zamanı təşkilat üzvlərinə tətbiq olunacaq prosedurlar da aydınlaşmağa başlayıb.

Sinan Burhan bununla bağlı təhlükəsizlik mənbələrindən aldığı məlumatları açıqlayıb:

“Cinayət törətməyənlər sərbəst buraxılacaq.

Etiraf və təsiredici tövbə çərçivəsində yeni hüquqi tənzimləmələr edilə bilər.

Terror təşkilatlarının liderlərinə və cinayətlərdə iştirak edənlərə qətiyyən əfv olmayacaq”.

Burhan Ankaranın proseslə bağlı hüquqi-inzibati işlərini yekunlaşdırdığını və prosesin təfərrüatlarının qarşıdakı günlərdə tam bəlli olacağını bildirib./teleqraf

Seçilən
21
turkustan.az

1Mənbələr