Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 36 ölü və 14 yaralı daxil olub. Həyatını itirənlərdən 32-nin dağıntılar altından çıxarıldığı, 4-nün isə son gün içində həyata keçirilən hücumlarda həyatını itirdiyi qeyd edilib.