AZ

“ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam etdirilir

“ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-fevral aylarında 30 milyon 721 min manatadək olub.

“ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-fevral ayları ərzində qaytarılan həcmi 6 milyon 191,4 min manatdan çox təşkil edib.

Seçilən
68
7
vergiler.az

10Mənbələr