AZ

Azərbaycanda siyasi partiyalararası əməkdaşlığın yeni modeli yaranıb ANALİZ

Azərbaycanda hər bir sahədə müasir dövrün tələblərinə uyğun olaraq yeni islahatların, dəyişikliklərin aparılması, planlı sosial, iqtisadi siyasətin həyata keçirilməsi ölkəmizə böyük uğurlar gətirib. Xüsusilə də, 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azadlığına qovuşması ölkəmizin imicini nəinki regionda, ümumilikdə dünyada daha da möhkəmləndirib, hörmətini, nüfuzunu artırıb. Təbii ki, qazanılan böyük uğurların kökündə ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik siyasəti dayanır. Məhz Prezident İlham Əliyevin uzaqgörən, praqmatik siyasəti sayəsində Azərbaycan dünyanın ən inkişaf edən, azad, demokratik dövlətlərdən hesab olunur. Azərbaycan dünya miqyasında həm də sabitlik adası olaraq tanınır və qəbul edilir. Bütün bu kimi uğurların, nailiyyətlərin fonunda həm də siyasi sistemdə mühüm yeniliklər, dəyişikliklər baş verir. Prezident İlham Əliyevin ölkəmizdə sağlam siyasi dialoq mühitinin formalaşması təşəbbüslərinə müvafiq olaraq əhəmiyyətli addımlar atılır, görüşlər keçirilir, konfranslar təşkil edilir. Hələ 44 günlük Vətən Müharibəsində bütün siyasi partiyalar birmənalı şəkildə xalq-iqtidar birliyinə dəstək nümayiş etdirək Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdiklərini bəyan etmişdilər. Siyasi partiya rəhbərləri bir araya gələrək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat imzalamış və bəyanatda Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yumması qınalılır və onlardan adekvat tədbirlərin görülməsi tələb edilirdi. 44 günlük Vətən Savaşı Azərbaycanın parlaq hərbi, siyasi, diplomatik qələbəsi ilə başa çatdıqdan sonra siyasi partiyalar siyasi dialoq mühitini davam etdirdilər. 2020-ci ilin fevral ayından etibarən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə fəaliyyət göstərən hər bir siyasi partiya rəhbəri ilə fərdi qaydada görüşərək, onlarla söhbətlər, müzakirələr aparıb. Bu görüşlərdən bir qədər sonra siyasi partiyalar qərargahlarla təmin olundular, onların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən maliyyə yardımları ayrıldı.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlıq qurulub

2024-cü il mayın 17-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunmuşdur. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Ədalət Vəliyev onu da qeyd etmişdir ki, siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Daha sonra 2025-ci il fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən "Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması" mövzusunda dəyirmi masa təşkil edilib. Bütün bu kimi fundamental işlər ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılmasına, sağlam əməkdaşlıq mühitinin dərinləşməsinə, dövlət siyasətində siyasi partiyalarının rolunun və yerinin güclənməsinə xidmət edən siyasətinin təzahürüdür. Xeyirli, gərəkli siyasətin daha bir nümunəsi 2025-ci il martın 6- da ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya səfər ediblər. Demək olar ki, bu səfər işğaldan azad edilən ərazilərə siyasi partiya rəhbərlərinin beşinci səfəridir. Bundan öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə siyasi partiya rəhbərləri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Növbəti səfər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" adlı beynəlxalq konfransın keçirildiyi zaman təşkil edilib. 2022-ci il iyunun 24-də isə siyasi partiya rəhbərlərinin səfər ünvanları Zəngilan rayonu, əsasən də Ağalı kəndi olub.

Xankəndidə ucalan üçrəngli bayraq önündə çəkilən fotolar siyasilərdə qürurverici anlar yaşatdı

24 siyasi partiyanın nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər 2023-cü il sentyabrın 19 –da başlayn və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə azadlığına qovuşan yurd yerlərini ziyarət ediblər. Ziyarətçilər səfər çərçivəsində Xankəndi şəhərində olublar və 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi Zəfər meydanını ziyarət ediblər. Eyni zamanda siyasi partiya rəhbəri və digər iştirakçılar Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış olublar, Əsgəranda aparılan quruculuq, bərpa, tikinti işlərinin həyata keçirildiyi yerlərə baş çəkiblər. Siyasi partiya rəhbərləri işğaldan azad edilən əraziləri ziyarət etməkdən, orada aparılan tikinti, bərpa işlərindən qürur hissi keçirdiklərini bildiriblər. SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: "Prezident Administrasiyanının siyasi partiyalar və qanunvericiliklə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi altında ölkədə fəaliyyət göstərən partiya rəhbərlərinin, politoloqların, ictimai siyasi xadimlərin, eyni zamanda media kapitanlarının Əsgərana, Xocalıya səfəri bizdə böyük bir sevinc və xoş duyğular yaratdı: "Həqiqətən də gördüklərimizdən böyük sevinc, qürur hissi duyduq. Əsgərandan Xankəndiyə kimi olan məsafə həqiqətən də tikinti meydançasına bənzəyirdi. İlk olaraq Əsgəran qalası ilə tanış olduq. Prezidentin Xankəndi üzrə səlahiyyətli nümayəndəsi Elçin Usubov Əsgəran qalası ətrafında onun durumu haqqında ətraflı məlumat verdi. Bəlli oldu ki, Prezidentin xüsusi tapşırığı əsasənda bərbad vəziyyətə salınmış bu Əsgəran qalası ən yüksək səviyyədə tarixi abidə kimi əbədiləşəcəkdir".

F.Ağamalı onu da bildirdi ki, səfər çərçivəsində Xocalının Ballıca kəndində olduq: "Ballıcanın abadlığı bizi heyran etdi. Bunu Prezidentin səfəri zamanı telekanallarda da izləmişdik. Ballıca Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilib və öz sakinlərini gözləməkdədir. Qarabağ universitetinin rektoru bizə ətraflı məlumat verdi, hədəflər haqqında danışdı. Sonra Xankəndinə gələrək Elçin Usubov buradakı işlər barədə bizə məlumat verdi, xatirə şəkli çəkdirdik. Geriyə böyük təəssüratlarla qayıdırıq. İşğaldan azad olunan ərazilərimiz gözəl anlarını yaşayır. Burada çox yaxşı şərait qurulub. Bütün bunların arxasında Prezidentimizin siyasi iradəsi və xalqına məhəbbəti dayanır".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirdi ki, biz əvvəlki səfərlərdə Azərbaycanın dağıdılmış şəhərlərini, kəndlərini, qəsəbələrini, viran qalmış infrastruktur sahələrini, eləcə də sözün həqiqi mənasında yandırılmış torpaqlarımızı görüb, kifayət qədər pərişanlıq hissi keçirirdik: "Amma eyni zamanda qürurlanırdıq ki, torpaqlarımızı işğaldan azad etmişik və bu torpaqlara yenidən qayıda bildik. Əslində bu gün də ikili hisslər keçiririk, amma bilirik ki, bu torpaqları işğaldan azad etmişik. Xocalıya yenidən qayıtmışıq, Xocalı yenidən qurulmaqdadır! Xocalıda 1 saylı məktəbi gördük, onun yenidən inşa edilmiş həyətində futbol meydançası qurulub, məktəbli uşaqlar orada futbol oynayırdılar. Sözün həqiqi mənasında elə bu, möhtəşəm görüntü idi. Çünki uşaqlar yenidən Xocalıya qayıdıb, onu yenidən qurub yaradacaqlar, dövlət hesabına və öz yaşayışları ilə bu torpaqları yenidən rövnəqləndirəcəklər.
İnsanlarımız bu torpaqlara qayıtdıqca burada yeni canlanma baş verir. Xankəndidə, eləcə də başqa ərazilərdə möhtəşəm işlər görülməkdədir. Qarabağ universitetinə gəldik, burada 150 tələbə təhsil almaqdadır. Eyni zamanda burada məktəb binasında inşa edilmişdir ki, burada da 600 nəfər şagird təhsil alır. Bu ərazilər yenidən qurulur, yeni binalar tikilir və bura müəyyən iş adamları investisiya qurmaqdadır".

Bir sözlə görünən ondan ibarətdir ki, ölkəmizdə siyasi partiyalar arasında möhkəm birlik, vəhdət yaranır. Bu birliyin müəllifi isə Azərbaycan hakimiyyəti, dövlətimizin başçısı, Qarabağ fatehi İlham Əliyevdir. Hər sahədə qazanılan uğurlar kimi sağlam siyasi dialoq mühitinin yaradılması istiqamətində irəli sürülən və həyata keçirilən siyasət bundan sonra da davam etdiriləcək. Qazanan isə təbii ki, yenə də Azərbaycan xalqı və dövlətçiliyimizin daha da möhkəmlənməsi olacaq.

İLHAM ƏLİYEV

Seçilən
37
sia.az

1Mənbələr