MOİK-in baş məşqçisi Qəzənfər Abbasov oyunla bağlı “Football-plus.az”a belə dedi:
“Ağir oyun oldu. İlk dəqiqələrdə səhvlər etdik. Rəqib cərimə zərbəsindən qol vurdu. Daha sonra hesabı bərabərləşdirsək də, hissənin sonlarında qapımıza penalti təyin olundu. Rəqib 2-ci qolu vursa da, meydanda mübarizə apardıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. İkinci yarıda hücumların sayını artırdıq və rəqibdən çox üstün oynadıq. 90-cı dəqiqədə penalti qazansaq da, vura bilmədik”.
ƏSƏD SEYİDOV