AZ

Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 650 min manatı ötüb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Naxçıvan MuxtarRespublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 652,9min manat olub.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eynidövrü ilə müqayisədə 7,8 faiz çoxdur.

Qeyd edilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrədaxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faizicra edilib.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasındaişsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illəmüqayisədə 11,4 % artaraq 4,4 milyon manatdan çox olub. Həmindövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 18,9 %artaraq 29 milyon manata yaxın olub.

Seçilən
8
az.trend.az

1Mənbələr