AZ

Azərbaycan Şimali Makedoniyadan məhsul idxalını 2 dəfədən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 389 minABŞ dolları dəyərində məhsul idxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu ölkədən idxal ötən ilin eyni dövrü iləmüqayisədə 221 min ABŞ dolları və ya 2,3 dəfə artıb. Belə ki,2024-cü yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 168 min ABŞdolları dəyərində məhsul idxal olunub.

Bu ölkədən idxal olunan məhsullar ümumi idxalın 0,02%-ni təşkiledib.

Qeyd edək ki, bu dövrdə Azərbaycandan Şimali Makedoniyaya məhsulixrac edilməyib.

Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarındaAzərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1milyon ABŞ dolları idi.

Seçilən
8
az.trend.az

1Mənbələr