AZ

"Bir yerin, bir məkanın bir xalqa məxsus olduğunu sübut edən bir neçə amil var" - Rizvan Nəbiyev

"Bir yerin, bir məkanın bir xalqa məxsus olduğunu sübut edən bir neçə amil var"  - bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev bu gün STM-də keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində çıxışı zamanı bildirib.

QHT.az xəbər verir ki, o, bir yerin və ya məkanın bir xalqa məxsusluğunu sübut edən müxtəlif amillərdən bəhs edərək, bu amilləri hüquqi, siyasi və mədəni aspektlərdən açıqlayıb:

"Torpaqlarımız işğal altında olduğu zaman Qarabağ və Şuşanın tarixi ilə bağlı BMT-də tədbir keçirildi və təbii ki, bizim və qarşı tərəfin alimləri arasında mübahisə baş verdi. Qarşı tərəf eybəcər arqumentlər gətirirdi. Auditoriyadan bir alman qalxdı və sual verdi ki, əgər bir yer bir xalqa məxsusdursa, orada onun folkloru, ədəbiyyatı, maddi və mədəni irsi sübut edən arqumentlər olmalıdır. Tanınmış alman alim bildirdi ki, XIX əsrin sonunda Şuşa və onun ətrafında 95 azərbaycanlı şair, yazıçı yaşayır, 22 müğənni, 38 musiqişünas, 11 xəttat və s. Siz təsəvvür edin, diskussiya bununla sona çatdı. İkinci arqument qeyri-maddi mədəni irslə bağlıdır. Aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsinin siyahısına daxil edilib. Göyçə, Şirvan, Qarabağ aşıq sənətləri var. Görürsünüz, ermənilərin bu sahə ilə bağlı heç bir arqumenti yoxdur".

Digər mühüm məsələnin isə, bu abidələrin məhv edilməsilə bağlı olduğunu bildirən Rizvan Nəbiyev 1954-cü il Silahlı Münaqişələr Zamanı Maddi Mədəniyyət Əsərlərinin Qorunması, 1972-ci il Dünya Mədəni və Təbii İrsin Qorunmasına dair Konvensiya və UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair konvensiyalarını xatırladıb:

"Vacib məsələlərdən biri də abidələrin məhv olunması ilə bağlıdır. Bu, hüquqi məsuliyyət yaradır. Bu konvensiyaların müddəalarının pozulması Ermənistanın dövlət məsuliyyətini yaradır. Təcavüzkar müharibənin başlanması, terrorizm və digər məsələlərə görə təqsirli şəxslər cavab verəcək. Lakin bu məsələyə görə dövlətin özü məsuliyyət daşıyacaq və bu da bizə, yəni cəmiyyətə böyük bir məsuliyyət qoyur". 

 

Pərvanə Fərhadqızı

Seçilən
31
qht.az

1Mənbələr