AZ

İlon Mask bir gündə 29 milyard dollar itirdi

Amerikalı iş adamı İlon Mask bir gündə 29 milyard dollar itirib. Bu, Tesla səhmlərinin 15,4% ucuzlaşmasından sonra baş verib.

AzPost xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə əsasən, elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri bazar ertəsi günü 15,43% ucuzlaşaraq 222,15 dollar olub.

Bildirilir ki, ilin əvvəlindən bəri Maska məxsus şirkətin səhmləri 1,8 dəfə ucuzlaşıb.

“Amerikalı milyarderin sərvəti bir gündə düz 29 milyard dollar azalaraq 301 milyard dollara düşüb. Bundan əlavə, bu ilin əvvəlindən Mask artıq sərvətinin 30,5%-ni itirib”, – hesabatda qeyd edilir.

Seçilən
34
azpost.info

1Mənbələr