Braziliya yığmasının və "Santos"un futbolçusu Neymar növbəti dəfə qalmaqalla üzləşib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu dünən "Korintians"a qarşı oyuna buraxılmayıb. Ehtiyat oyunçular skamyasında oturan futbolçu komandasınnın 1:2 hesabı ilə uduzaraq, Paulistanın finala çıxa bilməməsini kənardan izləyib.

Dünya ulduzunun ehtiyatda qalması heç də səbəbsiz deyil. Belə ki, o, bir neçə gün öncə karnavalda həyat oldaşı və dostlarnın əhatəsində  xeyli əylənərək, rejimi pozub. Növbəti günlərdə məşqlərdə fiziki yüklənmədən şikayətlənən Neymar "Santos"un tibb heyətnin qərarı ilə dünənki matçda start heyətinə daxil edilməyib.

Hücumçunun bu davranışı Braziliya mətbuatının kəskin narazılığına səbəb olub. KİV nümayəndələri onu tənqid edərək, "Neymar futbola qeyri-ciddi yanaşır" fikirlərini səsləndiribllər. 

Qeyd edək ki, bu ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan "Santos"a keçən Neymar yeni komandasında 7 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.