Ulduz futbolçu Harri Keyn ilə bağlı transfer xəbərləri gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, əgər Keynin sərbəst qalma dəyəri ödənilərsə, “Bavariya” futbolçunun transferinə mane olmayacaq.

Məlumata görə, ingiltərəlinin müqaviləsindəki sərbəst qalma maddəsi aktivləşə bilər. “Bavariya” bu halda futbolçunun ayrılmasına mane olmamaq üçün heç bir əngəl qoymayacaq.

Qeyd edək ki, Almaniya təmsilçisinin qol silahı bu mövsüm komandasında 29 görüş keçirib. O, bu görüşlərdə 29 dəfə fərqlənməyi bacarıb. Həmçinin onun 8 məhsuldar ötürməsi var.