Bakı. Trend:
Son dörd ildə Azərbaycandan İtaliyaya 43,5 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar əsasındahesablama aparıb.
Məlumata görə, bu miqdarda neft ixracından əldə olunan gəlir26,5 milyard ABŞ dolları olub.
Ötən il Azərbaycandan İtaliyaya 12,5 milyon ton miqdarında, 6milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neftvə xam neft məhsulları ixrac edilib ki, bu da, 2023-cü ilingöstəriciləri ilə müqayisədə miqdar ifadəsi ilə 3,7 milyon ton vəya 41,3% çox, dəyər ifadəsi ilə 576 milyon ABŞ dolları, yaxud da8,7% azdır.
2023-cü ildə Azərbaycandan İtaliyaya 8,9 milyon ton miqdarında,6,6 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları ixrac olunub. Bu, 2022-ci illəmüqayisədə miqdar ifadəsi ilə 2,2 milyon ton və ya 20%, dəyərifadəsi ilə 436 milyon ABŞ dolları, yaxud da 6,2% azdır.
Bekə ki, 2022-ci ildə Azərbaycandan İtaliyaya 11,1 milyon tonmiqdarında, 7,1 milyard ABŞ dolları dəyərində, 2021-ci ildə isə 11milyon ton miqdarında, 6,7 milyard ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları satılıb.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycandan İtaliyaya1,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları ixrac edilib. Bu miqdarda məhsul ixracından əldə olunangəlir 932,7 milyon ABŞ dolları təşkil edib. Yanvar ayında İtaliyayaixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə1,5 milyon ton və ya 9,4 dəfə, dəyər ifadəsi ilə 822,2 milyon ABŞdolları, yaxud da 8,4 dəfə artıb.