Misli Premyer Liqasında bu həftə III dövrəyə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, XXVII tur ərəfəsində Peşəkar Futbol Liqası komandaların ölkə çempionatları tarixindəki əvvəlki oyunları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Rəqəmlərin dili ilə desək, qarşıdakı tur "Qarabağ" və "Araz-Naxçıvan" üçün asan keçəcək. "Sabah" - "Zirə" və "Turan Tovuz" - "Sumqayıt" görüşlərinə statistikaya əsasən proqnoz vermək çətin olsa da, "Neftçi"ni "asan yem" gözlədiyini əminliklə söyləmək olar.  

Samir Abasovun yetirmələri çempionatın autsayderi "Səbail"lə qüvvələrini sınayacaqlar. Premyer Liqanın son 2 turunda 1 xal qazanan "ağ-qaralar" nəhayət, azarkeşlərini sevindirməlidirlər. Çünki "Neftçi" "Səbail”lə son 5 matçın 4-də qalib gəlib. Flaqman 19 oyundur ardıcıl şəxsi görüşlərdə qol vurur. Elə buna görə "Səbail" "Neftçi"yə qarşı son 22 oyunda qələbənin nə olduğunu bilmir.

Misli Premyer Liqası

XXVII tur

14 mart (cümə)
“Araz-Naxçıvan” – “Şamaxı” – 6 oyun, +4=0-2, top fərqi – 6-3

“Araz-Naxçıvan” bütün ev oyunlarında quru hesabla qalib gəlib. Texniki nəticə nəzərə alınmasa, son 4 matçda Naxçıvan təmsilçisi qələbə qazanıb.

15 mart (şənbə)
“Qarabağ” – “Kəpəz” – 59 oyun, +34=11-14, top fərqi – 99-61
“Qarabağ” 34 oyundur uduzmur. Son 5 matçda “Qarabağ” qalib gəlib ki, bunlardan üçündə böyükhesablı nəticə qeydə alınıb.

“Sabah” – “Zirə” – 25 oyun, +10=7-8, top fərqi – 30-27
“Zirə” son 3 görüşdə qol vurub. “Sabah” son 3 ev qarşılaşmasında quru hesabla uduzub.

16 mart (bazar)
“Səbail” – “Neftçi” – 29 oyun, +2=6-21, top fərqi – 18-65
“Səbail” 22 oyundur qələbə qazanmır. “Neftçi” son 19 görüşdə qol vurub.

“Turan Tovuz” – “Sumqayıt” – 10 oyun, +3=4-3, top fərqi – 12-13
“Turan Tovuz” son 3 qarşılaşmada qol vurub. “Sumqayıt” bütün səfər görüşlərində qol buraxıb.