AZ

Naftalanda İftar süfrəsi açılıb - FOTOLAR

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

 

Pravda.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəhbəri Həsən Məmmədov, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Seyid Yusif Ağa ocağının davamçısı Hacı Seyid Səbuhi Yusifov, Naftalan Şəhər Cümə Məscidinin İmamı, Şəhər Məscidinin icma sədri Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, müharibə əlilləri, həmçinin Türk Dövlətlərinin nümayəndələri Özbəkistandan və Qazaxıstandan olan, Naftalanda müalicə alan xarici turistlərdə iştirak ediblər.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

ŞİH-nin başçısı qonaqları salamlayaraq dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verildiyindən, ölkəmizdə dinlər və məzhəblər arasında tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə olduğundan bəhs edib. 

 

Digər çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. İftar süfrəsində Müqəddəs Qurani Kərimdən ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edilib.

 

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Şəhər İcra Hakimiyyəti adından iştirakçılara hədiyyələr təqdim edilib. 

Fotoları təqdim edirik
Tarix: 11 Mart 2025, 12:39   
Seçilən
15
pravda.az

1Mənbələr