AZ

"Çox yüksək nəticədir" - SABİQ BAŞ MƏŞQÇİ AÇIQLADI

"Gənc güləşçilərimizin Avropa çempionatında qazandıqları nəticə böyük qələbədir". Bunu SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə millinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

O, sərbəst güləş üzrə millimiizn U-23 Avropa çempionatındakı nəticəsini dəyərləndirib.

Cəfərov bildirib ki, bu çempionatda yaxşı nəticə qazanan güləşçilərimiz gələcəkdə 2028-ci ildə Los Angelsdə keçiriləcək Olimpiya Oyunlarında ölkəmizi təmsil edə bilərlər. Bu səbəbdən komandanın üzərində diqqəti daha da artırmaq lazımdır. Böyüklər arasında aprel ayında Avropa daha sonra dünya çempionatı keçiriləcək. Bu gün başlayacaq yunan-Roma və qadın güləşçilərimizdə öz nəticələri ilə bizi sevindirəcəklər".

Onun sözlərinə görə, sərbəst güləşçilərin 9 medal qazanması çox yüksək nəticədir: "Bütün bunlar çox çətin və ağır məşqlərin sayəsində olub. Həmçinin Azərbaycan Güləş Federasiyasının və Məşqçilər Korpusunun bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsdir. Məqşçilərimiz eyni zamanda da güləşçilərimiz əllərindən gələni edirlər ki, onlara olan etimadı doğru, düzgün şəkildə gərçəkləşdirsinlər. Komandanın yarıdan çoxu medallarla ölkəmizə qayıdır. Bu böyük qələbdir. Bütün idmançılarımızı təbrik edirəm. Uğurlarımızın davamı olsun. Düşünürəm ki, komandanın əsas üzvləri 2028-də mötəbər Olimpiya Oyununalarında ölkəmizi təmsil etsə daha yaxşı olardı".

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri Tiranada keçirilən yarışda 9 medal qazanıblar. Əldə olunan medallardan birinin əyarı qızıl, dördü gümüş, dördü isə bürünc olub. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında birinci yeri tutub. 169 xal toplayan millimiz Türkiyə (117) və Ukraynanı (104) arxada qoyub. Bu, Azərbaycan sərbəst güləşilərinin ardıcıl 4-cü çempionluğu olub.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
4
sia.az

1Mənbələr