AZ

Tokayev Ceyhun Bayramovu qəbul edib

Qazaxıstan Prezidenti Azərbaycan XİN rəhbərini qəbul edib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və bütün Azərbaycan xalqı adından Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında göstərilən dəstəyə görə bir daha Qazaxıstan hökumətinə və xalqına təşəkkür edib.

Qazaxıstan Prezidenti Azərbaycanı qardaş ölkə adlandırıb.

"İstər strateji tərəfdaş, istərsə də müttəfiq olaraq Azərbaycanla əlaqələr bizim üçün çox vacibdir. Sizin səfəriniz əməkdaşlığımızın daha da irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Tərəflər birgə böyük layihələri müzakirə ediblər. Bunlar arasında Xəzər dənizinin dibi ilə optik kabellər və dərin su elektrik kabelinin çəkilməsi məsələsi də müzakirə olunub.

 

Seçilən
8
operativmedia.az

1Mənbələr