AZ

“Novruz tonqalı”nda yanacağıq

Qarşıdan Novruz və Ramazan bayramları gəlir. Bununla əlaqədar ölkədə ardıcıl 12 gün qeyri-iş günü olacaq. Bu günləri dəyərləndirmək istəyən vətəndaşlar dincəlmək üçün həm ölkə daxilində, həm də xaricə səyahət planları qurur. Tətili maraqlı keçirmək istəyənlər turizm agentliklərinin təklif etdiyi turpaketlərdən, eyni zamanda yerli hotellərin xidmətlərindən faydalanırlar.

Bəs bayram günlərində bölgələrdə hotel qiymətləri necə olacaq?

Məsələ ilə bağlı Publika.az-a danışan turizm üzrə ekspert Əliyev Emil qeyd etdi ki, bayram ərəfəsində Azərbaycanda bölgə hotellərinə tələbatın artdığı müşahidə olunur.

Onun sözlərinə görə, xüsusilə məşhur turizm bölgələrində qiymətlər adi günlərlə müqayisədə 20-40% artıb:

“Qiymətlər hotelin kateqoriyasına və yerləşdiyi bölgəyə görə dəyişir. Bayram günlərində qiymətlərin artması əsasən yüksək tələbatla bağlıdır. İnsanlar şəhərdən uzaqlaşıb bayramı bölgələrdə keçirməyə üstünlük verirlər, buna görə də hotellərdə öncədən bron etmə hallarının artdığını görürük. Xüsusilə qonaqlara geniş xidmətlər təklif edən, qidalanma və əyləncə proqramlarını özündə birləşdirən hotellərə maraq böyükdür.

Bundan əlavə, ölkəmiz turizm istiqaməti kimi təkcə yerli deyil, həm də beynəlxalq turistlər üçün daha cəlbedici olmağa başlayıb. Son dövrlərdə Azərbaycana MDB ölkələri, Hindistan, Körfəz Əməkdaşlıq Şurasına (GCC) daxil olan ölkələr və digər regionlardan turist axını artır. Xarici turist axınının artması və ümumi yüksək tələbat qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillərdəndir”.

Ekspert əlavə etdi ki, ən çox tələbat olan bölgələr Qəbələ, Şahdağ, Quba, İsmayıllı, Lənkəran və Şəkidir:

“Bu bölgələr təbii gözəllikləri, tarixi abidələri və inkişaf etmiş turizm infrastrukturu ilə cəlbedicidir. Son illərdə Naxçıvan da fərqli turizm istiqaməti kimi daha çox diqqət çəkməyə başlayıb.

Ümumiyyətlə, qiymətlərin artması təlabatın yüksəldiyi dövrlərdə normal prosesdir. Turizm sektoru bazar prinsiplərinə əsaslanır və yüksək tələbat qiymətlərin qalxmasına təkan verir. Bu, qlobal turizm sənayesində müşahidə olunan standart iqtisadi tendensiyadır”.

Turizm mütəxəssisi Ruslan Quliyev isə bildirdi ki, bayramın gəlişi ilə əlaqədar ölkə turizminin nümayəndələri tərəfindən həm Azərbaycan daxilində, həm də xarici ölkələrdə çeşidli proqramlar təklif olunur:

“Rezervasiya kompaniyalarında iştirak edən insanlar ən əlverişli seçimi etmək istəyirlər. Bu il vətəndaşların seçimi əsasən Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala istiqamətində olacaq. Hazırda bayram ərəfələri üçün qrup turları da təşkil olunub ki, buraya 1 və ya 1 gecə 2 günlük qiymətlər daxildir. Qiymətlər 3 dəfə qidalanma ilə 1 nəfər üçün 50 manatdan başlayır. Statistikanı nəzərə alsaq, üstünlük ən çox qrup turlarınadır".

Onu da nəzərinizə çatdıraq ki, bölgələrdəki hotellərin potensialını və qiymətlərini öyrənmək üçün bir neçəsi ilə əlaqə saxladıq. Həmin məlumatları təqdim edirik:

Seçilən
28
publika.az

1Mənbələr