Qəzza zolağına hücumlar nəticəsində ölənlərin sayı 48 503 nəfərə çatıb.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarının ardından atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda dağıntılar altından 32-si çıxarılan 36 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Operativ Media bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Məlumatda bildirilib ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.