AZ

Rubio Zelenski ilə danışmaq fikrində deyil: Yenə xəbərdarlıq etdi

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında Vladimir Zelenski ilə danışmaq fikrində olmadığını bildirib. Bununla belə, amerikalı rəsmi qeyd edib ki, Ukraynanın yüksək vəzifəli şəxsləri ilə qeyri-rəsmi dialoq istisna deyil.

Publika.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

ABŞ nümayəndəsi bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-la Səudiyyə Ərəbistanında danışıqlarda iştirak edəcək nümayəndə heyətinə başçılıq etməyəcək. Ukrayna nümayəndələri amerikalılarla danışıqlara Vladimir Zelenski olmadan gedib.

Marko Rubio Ukraynanın qismən atəşkəs planını perspektivli adlandırsa da, yenə də Kiyevə xəbərdarlıq edib. Deyib ki, Ukrayna buna hazır olmalıdır, istənilən halda güzəştə gedəcək.

O, açıq-aşkar qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanın 2014-cü ildə malik olduğu sərhədlərə qayıtmasının çətin olacağını hesab edir.

Seçilən
40
publika.az

1Mənbələr