AZ

Ukrayna “Starlink”-siz qalmayacaq - Polşa açıqladı

Polşa Ukrayna üçün Amerikanın Space X şirkətindən əlavə olaraq 5000 ədəd “Starlink” peyk rabitə terminalı alacaq.

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Rəqəmsallaşma naziri Kşiştof Qavkovski “Radio Zet”-in efirində deyib.

“Biz daha 5000 “Starlink” terminalının alınması prosesindəyik” deyən nazirin sözlərinə görə, Varşava bu terminallardan 30 minə yaxınını artıq Ukraynaya çatdırıb. Onların saxlanması Polşaya illik 200 milyon dollara başa gəlir.

Xatırladaq ki, Ukraynada “Starlink” terminallarının mümkün bağlanması ilə bağlı söhbətlər “Space X”-in sahibi İlon Maskla Polşanın Xarici İşlər naziri Radoslav Sikorski arasında “X”-də mübahisə mövzusuna çevrilib.

Mask Ukraynadakı “Starlink” terminallarınını nəzərdə tutaraq, "əgər rabitəni kəssə, cəbhə xəttinin çökəcəyini" vurğulayıb. Buna cavab olaraq Sikorski onu Kiyev üçün başqa rabitə xidməti provayderi tapacağı ilə hədələyib.

“AzPoliotika.info”

Seçilən
30
1
azpolitika.info

3Mənbələr