AZ

DSX “Foriella”dan bir ildə 10 milyonluq mebel alıb

Dövlət Sərhəd Xidməti (DSX) ilə “Foriella” şirkəti arasında daha bir tender anlaşması təsdiqlənib. Tribunainfo.az xəbər verir ki, martın 10-da açıqlanan nəticələrə əsasən DSX sözügedən şirkətdən 4 milyon 573 min 980 manatlıq mebel inventarları alıb.
Tribunainof.az-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı məlum olub ki, DSX ilə “FORİELLA” MMC arasında bu ilk tender deyil. Belə ki, 2024-cü ilin yanvar ayından indiyə qədər tərəflər arasında 6 belə tender anlaşması əldə olunub.
Bu tenderlərdən biri 29.08.2024-ci il tarixində baş tutub ki, onun dəyəri 4 milyon 309 min 332 manat təşkil edib. Bir başqa mebel inventarlarının alınması prosesi isə 545 min 868 manatlıq olub ki, o da 17.10.2024-cü ildə reallaşıb.
DSX bundan başqa, “FORİELLA” MMC ilə mebel inventarının əsaslı təmiri məsələsinə dair də bir neçə tender keçirib. Belə ki, 11.06.2024-cü ildə bununla bağlı tərəflər arasında 99 min 922 manatlıq satınalma müqaviləsi bağlanıb. İkinci eyni məzmunlu anlaşmanın dəyəri isə 399 min 986 min manat olub. Həmin tender üzrə satınalma müqaviləsi isə 10.06.2024-cü ildə bağlanılıb.
Qeyd edək ki, insanlarımız “FORİELLA” MMC-ni daha çox “Perla Mebel” şəbəkəsi kimi tanıyır. “Foriella” MMC-nin Baş direktru Fərman İslamlıdır. Onun yaratdığı şirkət Balaxanı Sənaye Parkında yerləşir. Məhsullarını Gürcüstan, Qazaxstan, Rusiya, Tacikistan, Qırğızstana və digər ölkələrə ixrac edir.
Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Seçilən
25
tribunainfo.az

1Mənbələr