Suriyada baş verən məlum hadisələrdən sonra Ermənistan müxalifəti parlamentdə məsələ qaldırıb ki, orada yaşayan ermənilər İrəvana gətirilsin. Tribunainfo.az xəbər verir ki, müxalifət ermənilərin Suriyadan Ermənistana köçünü onların təhlükəsizliyi ilə əsaslandırıb.
Lakin Ermənistan Diasporla İş üzrə Ali Komissarlığı bunun mümkün olmadığını bildirib. Qurumun mətbuat katibi Nelly Qulyan deyib ki, bu təhlükəsizlik səbəbindən hazırda mümkün deyil.
Qeyd edək ki, bir zamanlar Ermənistan Suriya və Livandakı erməniləri aldadaraq, onları Qarabağda qanunsuz olaraq məskunlaşdırırdı. Lakin 44 günlük müharibədən sonra onlar nəinki Qarabağı, üstəlik Ermənistanı da atıb, qaçdılar. Indi Ermənistan Suriya ermənilərin gətirməklə Azərbaycanla sərhəddəki demoqrafik problemini həll etməyə çalışır. Yəni, onları sərhəddimizə gətirib, orada yerləşdirmək istəyir. Ki, həmin kəndlərin qısa zamanda boşalmasını kompensasiya etsin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta