AZ

Venslə bağlı maraqlı detal üzə çıxdı – Əmisi oğlu Ukraynada döyüşürmüş

Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında yaşanan qalmaqalın mərkəzində olan və gedişata müdaxilələri ilə bütün diqqətləri üzərinə toplayan ABŞ-nin vitse-prezidenti JD Venslə bağlı maraqlı bir məqam üzə çıxıb.

“AzPolitikaxarici KİV-ə istinadla xəbər verir ki, Vensin əmisi oğlunun üç ilə yaxın Ukrayna tərəfində Rusiyaya qarşı döyüşdüyü məlum olub.

Fransanın “Le Figaro” qəzetinə danışan Neyt Vens Oval ofisdə baş verənləri Zelenskiyə qarşı qurulmuş “pusqu” adlandırıb.

Tramp və əmisi oğlunun Putini sakitləşdirə biləcəklərini düşünərək səhv etdiklərini deyən Vens, cəbhədən müharibə ilə bağlı məlumat vermək üçün əmisi oğlunun ofisinə mesaj yazdığını, lakin cavab almadığını bildirib.

Vens əmisi oğlunun vitse-prezident seçilməsinin onun vəziyyətini çətinləşdirdiyini və yanvarın 20-də andiçmə mərasimindən bir müddət əvvəl ABŞ-yə qayıtdığını deyib.

“AzPolitika.info”

Seçilən
15
azpolitika.info

1Mənbələr