AZ

Rayon qeydiyyatı olanlar da pulsuz ev ala bilər – Bu üsulla

Azərbaycan Prezidenti İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Bəs Bakı qeydiyyatı olmayanlar bu qanundan yararlana biləcəkmi? Bakıda binalar boş, evsizlər isə çoxdur. Bölgələrdə də iş yox, insan yox…

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, qanun qüvvəyə minsə də şərtləri hələ ki, açıqlanmayıb. İqtisadçıların dedikləri fərziyyələrdir.

Ekspertin sözlərinə görə, sosial evlərin digər rayon və şəhərlərdə olması daha məqsədəuyğun olardı. Çünki Bakıda çox sıxlıq var. Digər rayon və şəhərlərdə olsa, gərək ki, orada iş yerləri qurulsun ki, insanlar o evlərin ödənişini verə bilsinlər.

“Sosial Müdafiə Nazirliyi tərkibində sosial evlər verilirdi. MİDA-nın özü, Gəncədə, Lənkəranda və s. var. Çünki rayondan gəlib Bakıda yaşayan insanlar bilirlər ki, müəyyən müddətdən sonra onlar öz rayonlarına, kəndlərinə qayıdacaqlar. Sadəcə əllərində bir müddət pul toplamaq istəyirlər.
Bu qanunla bağlı təbii ki, çox insan müraciət edə bilər. Amma bir şey var ki, həm kirayə problemi var, həm də müqacilə provlemi var. Bir çox ev sahibi kirayəçi ilə müqavilə imzalamır, vergidən yayınır. Müqavilə imzalayan isə kirayə qiymətini qaldırır. Dövlətə verdiyi vergini kirayəçidən alacaq. Onun qarşılığında kirayəçini müvəqqəti qeydiyyata salacaq. Əslində kirayə verənlərin əksəriyyəti orta yaşlı, və yaşlı nəslin nümayəndələridir. Onlarda da belə bir qorxu var ki, müqavilə imzalayanda həmin adam sonra qeydiyyatdan, evdən çıxmayacaq. Çox insan öz hüquqlarını bilmir. Ümumi məzmunda yeni qanundan çox insan faydalana bilər. İşləyən insanların əmək müqaviləsi minimum əmək haqqı ilə bağlanıb. Biri min manat alır, amma sistemdə minimum əmək haqqı göstərir. Ona görə də çox adam bu qanundan yararlana bilər”.

Dəniz

Seçilən
10
tribunainfo.az

1Mənbələr