AZ

Mitroviç xəstəxanaya yerləşdirildi

“Əl-Hilal”ın və Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ər-Riyadiyah” nəşri məlumat yayıb.

Məlumata görə, 30 yaşlı forvard sürətli ürək döyüntüsü səbəbindən xəstəxanaya aparılıb.

Həkimlər stres və yorğunluq əlamətləri yox olana qədər Mitroviçə tam istirahət etməyi tövsiyə ediblər.

Bu mövsüm 30 yaşlı Mitroviç "Əl-Hilal"ın heyətində 25 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
21
operativmm.az

1Mənbələr