ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib.
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Mask agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini söyləyib.