AZ

337 pilotsuz təyyarə Rusiya ərazisinə hücum edib

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 337 Ukrayna pilotsuz uçuş aparatından 91-ni Moskva səmasında vuraraq ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, PUA-lar Kursk (126), Bryansk (38), Belqorod (25), Ryazan (22), Kaluqa (10), Lipetsk (8), Oryol (8), Voronej (6) və Nijni Novqorod (3) vilayətlərində vurulub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, şəhərin Leninski rayonuna pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. 

Ramenski rayonunda PUA-nın dağıntıları yaşayış binasının üzərinə düşüb, mənzillərə ziyan dəyib, sakinlər təxliyə edilib.

Pilotsuz təyyarənin hücumu nəticəsində Domodedovo stansiyasının dəmir yolu infrastrukturuna ziyan dəyib. Dəmir yolu hərəkəti müvəqqəti məhdudlaşdırılıb, lakin sonradan bərpa edilib.

Martın 10-da axşam saatlarında Kursk vilayətində ticarət mərkəzinə hücum nəticəsində ölənlərin sayı 3 nəfərdən 4 nəfərə yüksəlib.

Rusiya pilotsuz təyyarələrinin hücumları ilə əlaqədar Ukraynanın əksər bölgələrində hava hücumu sirenləri də elan edilib. Kiyevdə hava hücumundan müdafiə sistemi işə salınıb.

Seçilən
6
operativmm.az

1Mənbələr