AZ

Rio Ferdinand: “Mançester Siti” ÇL-ə vəsiqə qazanacaq”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand, “Mançester Siti”nin növbəti mövsümdə Çempionlar Liqasında iştirak edəcəyinə əmindir.

Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan ingilis veteranın qənaəti belədir:

“UEFA Çempionlar Liqasında iştirak Xosep Qvardiolanın düşündüyü tək xüsusdur. “Pep” heç vaxt başqa himn eşitməyib. Onların təcrübəsini nəzərə alaraq, bu komandanın Çempionlar Liqasından kənarda qalacağı kimi müvafiq halı gözləmirəm”, deyə Rio Ferdinand vurğulayıb.

Yeri gəlmişkən, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da “şəhərlilər”in növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcəyinə əmindir. İspan mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Qulaq asın, mən, bizim, UEFA Çempionlar Liqasına düşməyimizi istəyirəm. Ora düşməsək, bu, bir fəsad olacaq, amma bu, fəlakət olmayacaq. Biz orada olacağıq!”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm İngiltərə çempionu olmuş, cari mövsümdə isə uğursuz çıxışı ilə diqqət mərkəzinə düşmüş “Mançester Siti” hazırda 47 xalla Premyer Liqanın yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qvardiolanın komandası 28 oyunda 14 qələbə, 5 heç-heçə və 9 məğlubiyyət görüb. İngiltərə Premyer Liqasına 70 xala malik “Liverpul” başçılıq edir. “Arsenal” 55 xalla ikinci, “Nottingem Forest” 51 xala üçüncü, “Çelsi” isə 49 xalla dördüncüdür.

Seçilən
8
arena.az

1Mənbələr