AZ

Flik: “Benfika” səfərdə çoxlarını yenib, ehtiyatlı olmalıyıq”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/8 finalının evdə “Benfika” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Barselona”nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Adətən onlar meydanın üst hissəsində həmişə təpki göstərirlər, bu, onların üslubudur. Onlar bunu çox yaxşı icra edirlər, onlar çoxlu səfər oyunlarında qalib gəliblər. Biz bunun üzərində köklənməliyik. Bizə ehtiyatlı olmaq gərəkdir. Bütün məsələ mövqeləşmə üzərindədir, topa yaxşı sahibolma bizə həm hücumda və həm də müdafiədə kömək edir. Bu, bizim bu oyunda icra etmək istədiyimizdir”, deyə Flik vurğulayıb.

“Barselona” – “Benfika” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.

Xatırladaq ki, səfərdə keçirdiyi ilk oyunda “Barselona” “Benfika” üzərində 1:0 hesablı qələbə qazanıb.

Seçilən
8
arena.az

1Mənbələr