AZ

Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi

Ehtiyatda olan polkovnik, Qarabağ qazisi Akif Qasımov Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporu və QHT-lərini sərt şəkildə tənqid edib.

XəzərNews.az xəbər verir ki, bu barədə feysbukda çıxış edən A.Qasımov diaspora və QHT-lərə müraciət edərək bildirib ki, nəyə görə bu günə qədər Türkiyədə anti Heydər Əliyev və anti İlham Əliyev sindromunu qıra bilməmisiniz?

Nəyi gözləyirsiniz, kiminsə komandasımı lazımdır,- deyən polkovnik diaspora və QHT-lərə əlavə suallar da ünvanlayıb:

"Nəyə görə bu günə qədər Türkiyə TV kanallarında ve medya orqanlarında aktif deyilsiniz? Nəyə görə sadə Türk xalqı ilə işləmək yerinə formal və VİP toplantılarla kifayətlənirsiniz?"

Xəbər 6 dəfə oxunub.
Seçilən
13
xezernews.az

1Mənbələr