AZ

Yanvarda 1,3 milyon dollarlıq pambıq ipliyi ixrac edilib

Bu ilin yanvar ayında ölkədən 1,3 milyon ABŞ dolları dəyərində 525 tondan çox pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində 16,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,04 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,54 faizə bərabər olub.

Seçilən
17
vergiler.az

1Mənbələr