AZ

Neftimiz məşhur şirkətlərə yatırım edir amma… – Ekspert

Azərbaycan Dövlət Neft Fondu “Tesla”, “Meta”, “Microsoft”, “NVIDIA”, “Apple”, “Google” kimi şirkətlərə böyük yatırımlar edib. Hazırda bu şirkətlər birjalarda sürətlə dəyər itirməkdədir. Artıq 100 milyardlarla olan itkilər bizim Neft Fondunun gəlirlərinə də ciddi təsir göstərəcək. Üstəgəl, neftin qiyməti də ucuzlaşır. Bu gedişlə bizi nə gözləyir? İqtisadiyyatımız buna hazırdımı?

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, ümumiyyətlə, fərqi yoxdur – yatırımlar Dövlət Neft Fondu, hüquqi və ya fiziki şəxslər tərəfindən edilsə də, burada əsasən söhbət həmin şirkətlərin qiymətli kağızları və ya aksiyalarından gedir.

İqtisadçının sözlərinə görə, nəzərə almaq lazımdır ki, birjalarda fəaliyyət həmişə risklidir. Fərqi yoxdur – əmtəə birjasında, fond birjasında və ya valyuta birjalarında iştirak edirsənsə, risk hər zaman mövcuddur.

“Fors-major hallar baş verə bilər və belə vəziyyətlərdə ciddi itkilərlə qarşılaşmaq mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, ölkəmizin kifayət qədər ehtiyatları var. Əgər bu ehtiyatlar böyük itkilərə məruz qalarsa, iqtisadiyyatda əlavə yüklənmələr yarana bilər. Hər bir ölkənin strateji ehtiyatları olur və həmin ehtiyatlar əsasında yatırımlar edərək iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq mümkündür. Belə olduqda, iqtisadiyyat daha tarazlı və davamlı inkişaf edə bilir. Lakin yatırımların ciddi itkilərlə üzləşməsi arzuolunmaz haldır. Buna görə də risklər minimuma endirilməli və tarazlaşdırılmalıdır”.

Dəniz

Seçilən
3
tribunainfo.az

1Mənbələr