“Iran Wire” saytı xəbər verib ki, Sınandaş (Sənəndəc) şəhərində “Qadın, Həyat, Azadlıq” etirazları zamanı saxlanılan vətəndaş cəmiyyətii fəalı Baran Saedi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Məlumata görə, repressiv qüvvələr onun evinə basqın etdikdən sonra, Baran Saedini naməlum yerə aparıblar.
Qeyd edək ki, 2022-ci ildə “Əxlaq” polisi tərəfindən Məhsa Əmininin qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyalarının yatırılmasında həbs edilən Baran Saedi iki ay sonra zaminə buraxılıb.
visiontv.az