AZ

Pakistanda qatara hücum olub - 450 nəfər girov götürüldü

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yaraqlılar sərnişin qatarına hücum edib. 

Adalet.az xəbər verir ki, bu barədə AFP məlumat dərc edib. 

Hücuma görə məsuliyyəti üzərinə götürən Bəluc Azadlıq Ordusu (BLA) təhlükəsizlik qüvvələri də daxil olmaqla 450 nəfəri girov götürdüklərini açıqlayıb.

Bəlucistandakı silahlı qruplar illərdir hökumətə və orduya qarşı üsyan edir və Çinin bölgədəki iqtisadi maraqlarını hədəf alan hücumlar həyata keçirir. Bəluc Azadlıq Ordusu Bəlucistan üçün müstəqillik tələb edən ən böyük etnik qiyamçı qrupdur.

Seçilən
51
adalet.az

1Mənbələr