“Mançester Yunayted” doğma stadionu olan “Old Trafford”un yaxınlığında yeni stadion tikmək planlarını rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, yeni arena 100 min tamaşaçı tutumuna malik olacaq. Klub hesab edir ki, idman qurğusunun tikintisi və onu müşayiət edən regenerasiya proqramı 92 000 yeni iş yeri yaratmaq, 17 000-dən çox yeni ev tikmək və ildə əlavə 1,8 milyon turist cəlb etməklə Böyük Britaniya iqtisadiyyatına ildə əlavə 7,3 milyard funt-sterlinq qazandıra bilər.
"Foster+Partners" memarlıq bürosu yeni kompleksin dizaynını hazırlamaq üzərində işləyir. Artıq klub yeni stadionun və ətraf ərazilərin maketinin görüntülərini təqdim edib.
Heybət