AZ

270 gündən çox kosmik gəmidə qalan astronavtlar bu tarixdə geri qayıdır

Astronavtlar Sunita Uilyams və Butç Uilmorun martın 19 və ya 20-də geri dönəcəyi gözlənilir.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, NASA astronavtları Sunita Uilyams və Butç Uilmor Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində 270 gündən çox qalıblar.

Əvvəlcədən planlaşdırılan səkkizgünlük missiya astronavtları BKS-ə çatdıran "Starliner” kosmik gəmisində yaranmış texniki problemlərə görə uzadılmışdı.

Xatırladaq ki, Uilyams və Uilmor "Starliner”lə 2024-cü ilin iyununda uçuş həyata keçiriblər. NASA "Starliner”i astronavtların geri qayıtması üçün riskli hesab etdiyindən, 2024-cü ilin sentyabrında onlarsız Yerə qayıtmışdı. Nəticədə ekipaj çətin vəziyyətə düşmüşdü.

Astronavtlar "SpaceX”lə Yer kürəsinə qayıtmağa hazırlaşırlar.
 
7News.Az
Seçilən
19
7news.az

1Mənbələr