Bakı. Trend:
Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, CəlilMəmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədarolaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin AbbasSəhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tamməhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanmüddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardanistifadə etmələri xahiş olunub.